YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


04.12.2021  17:29 

Niyə bir dövlət qurumu digər dövlət qurumunun elektron sənədini tanımır?





A+  A-

Bu gün Balakən ASAN-da elə bir situasiya ilə rastlaşdım ki, yumşaq desəm, biabırçılıqdır.

Notariusla bağlı məsələləri heç bir problem olmadan, son zamanlar hazırlanan ən faydalı rəqəmsal həll ilə, Mobil Notariat vasitəsilə aldığım etibarnamə əsasında həll etdim və zəruri xidmətləri problemsiz aldım.

Növbəti xidməti almaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri Xidmətinə yaxınlaşdım.

Bildirdilər ki, Mobil Notariat sistemini görə bilmirlər və bu səbəbdən də elektron etibarnamə onlar üçün məqbul deyil.

İsrar etdim, mümkün olmadı. Sistemləri inteqrasiya olunmadığından dövlət qurumları bir birinin elektron sənədlərini tanımırlar.

Açdım öz telefonumdakı Mobil Notariat sistemini , elektron etibarnaməni göstərdim, Reyestr Xidməti qəbul edə bilməyəcəyini bildirdi.
Kağız formada istədi.

Əvvəl ümumiyyətlə sadəcə kağız formada deyil, yenidən notarial təsdiqlə kağız formada tələb olunduğunu bildirdi.

Təəssüf ki nə ASAN, nə də Reyestr Xidmətində elektron sənədin kağız formada çapını reallaşdıra bilmədilər. Belə imkan olmadığını bildirdilər.

Belə olduqda, Reyestr Xidməti Mobil Notariat sistemin özündən kağız formada çıxarışı qəbul edə biləcəyini qeyd etdi.

Lakin məlum oldu ki, mövcud qaydalara görə mən Mobil Notariat sistemindəki elektron sənədi kağız formaya çap etdikdə onu yenidən notarial qaydada təsdiqlətməliyəm!

Hansı ki, artıq bir dəfə ödəniş edilib və elektron qaydada etibarnamə alınıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəqəmsallaşma səviyyəsi yetərli olmadığından, Elektron Hökumətin İnkişafı Mərkəzi inteqrasiyanı başa çatdıra bilmədiyindən belə bir anormal vəziyyət var.

Beləliklə, nəticə:

Mən xidməti almaq üçün Mobil Notariat sistemindəki elektron etibarnaməni kağız formada çap etdirdim, yenidən Notariusda notarial qaydada təsdiq elətdirdim, yenidən kitaba saldırıb imzaladım və həmin kağızı Reyest Xidmətinə təqdim etməklə xidməti əldə edə bildim.

Buyurun, Elektron Hökumətin İnkişafı Mərkəzi, hörmətli Fariz müəllim!

Bu da elektron hökumətin inkişaf vəziyyəti, inteqrasiyanın vəziyyəti.

Ümid edirəm nəzərə alacaqsınız.

Osman Gündüz
Azərbaycan İnternet Formunun prezidenti


Xəbər 6020 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +