İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda
Rusiyanın 13 regionu 112 PUA ilə vuruldu
Tramp fikrini niyə dəyişib?
İmtahana gizli telefon keçirənləri nə gözləyir?
Rusiyanın ən zəngin varisi - Yusif Ələkbərov
Bank kartlarından bu qədər pul oğurlandı
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu


22.03.2017  11:54 

Cəlilabadda torpaq sürüşməsi olub





A+  A-

Qış mövsümündə yağan intensiv yağıntılardan sonra Cəlilabadda sürüşməyə meyilli zonalarda aktivlik artıb.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, ən təhlükli vəziyyət rayonun Zəhmətabad kəndindəki ərazidə yaranıb.

Burada təpəlik ərazidəki iri torpaq laylarının dərəyə doğru hərəkət etməsi nəticəsində ərazidə böyük çökəklik əmələ gəlib. Yerli sakinlər qarşıdan gələn yaz yağışlarında vəziyyətın daha da təhlükəli ola biləcəyindən ehtiyat edirlər.

Məlumata görə, Zəhmətabad kəndindəki sürüşmənin çevrəsi hər gün genişlənir. Bu da yaxınlıqdakı evlər və təsərrüfatlar üçün təhlükəni artır.

Cəlilabad-Yardımlı avtomobil yolunun yatağ hissəsi sürüşmə nəticəsində çöksə də nəqliyyat vastələrinin hərkəti üçün qabaqlayıcı tədbirlər görülüb. Lakin təhlükə hələ də qalmaqdadır. Bundan başqa sözügedən yolun Pərdi kəndindən keçən hissəsində də torpaq sürüşməsi nəticəsində yolun asfalt qatı çöküb.

Xəbər 2012 dəfə oxunub.



23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +