Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə
Liderlər Budapeşt Bəyannaməsini imzalayıblar
Lavrov: Sülh müqaviləsinin mətni üzrə razılaşmanı alqışladıq
Növbəti görüşlər İrəvan və Bakıda baş tuta bilər - Lavrov
Əvəz Zeynallının səhhəti kəskin şəkildə pisləşib
Blogerə qarşı yeni cinayət işi açıldı
Azər Qasımlı ilə bağlı qərar verildi - Məhkəmə
İdmançının makiyajsız görünüşü diqqət çəkdi
Mərkəzi Bank “Unibank“a xəbərdarlıq etdi


27.07.2020  16:12 

Vəzifəli şəxslər həbs edildi





A+  A-

Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin və Masallı rayon, Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayevin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, həmin məlumatlar əsasında Baş İdarə tərəfindən müvafiq məhkəmə qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib, tikintiyə icazə verilməsi müqabilində vətəndaşdan pul tələb etmiş Subhan Zalıyevin tapşırığı əsasında Əziz Ağayev tələb edilən pulun bir hissəsini 01.07.2020-ci il tarixdə, qalan hissəsini isə 23.07.2020-ci il tarixdə nümayəndəliyin inzibati binasındakı xidməti otağında vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

Bundan əlavə, 23.07.2020-ci il tarixdə Subhan Zalıyev digər vətəndaşdan Masallı rayonu, Qarğalıq kəndində müvəqqəti qeydiyyata alınması müqabilində tələb etdiyi rüşvəti nümayəndəliyin baş mühasibi Bəhruz Musayevin vasitəsilə Masallı şəhəri ərazisində alarkən Subhan Zalıyev və Bəhruz Musayev cinayət başında yaxalanıblar.

25 iyul 2020-ci il tarixdə Subhan Zalıyev Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və 29, 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) maddələri, Əziz Ağayev isə həmin Məcəllənin 32.4, 312.2 və 29,178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə intensiv əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Xəbər 1877 dəfə oxunub.




21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü

21.05.2025  11:34 

14 kq narkotiklə tutuldular

21.05.2025  10:41 

Tanınmış iş adamı vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +