Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə
Liderlər Budapeşt Bəyannaməsini imzalayıblar
Lavrov: Sülh müqaviləsinin mətni üzrə razılaşmanı alqışladıq
Növbəti görüşlər İrəvan və Bakıda baş tuta bilər - Lavrov
Əvəz Zeynallının səhhəti kəskin şəkildə pisləşib
Blogerə qarşı yeni cinayət işi açıldı
Azər Qasımlı ilə bağlı qərar verildi - Məhkəmə
İdmançının makiyajsız görünüşü diqqət çəkdi
Mərkəzi Bank “Unibank“a xəbərdarlıq etdi


14.05.2020  13:52 

“EuroHome”dakı yanğınla bağlı müşavirə keçirilib





A+  A-

Mayın 13-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə 11 may tarixində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsi işlərinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, əvvəlcə, müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov bütövlükdə xidmətin işinin təşkili, şəxsi heyətin döyüş və peşə hazırlığının daha da yüksəldilməsi, baş vermiş yanğınların daha az itkilərlə qarşısının alınması və operativ söndürülməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Daha sonra DYMX-nin rəis müavini polkovnik Rza Xudiyev mayın 11-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar geniş məruzə edib. Bildirib ki, mürəkkəb yanğınlar kateqoriyasına aid edilən bu yanğının söndürülməsi işi təlimata uyğun şəkildə təşkil edilib, ziyanın minimuma endirilməsi məqsədilə bütün mümkün tədbirlər görülüb.

Müşavirəyə yekun vuran Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev “EuroHome” tikinti materialları bazarındakı yanğının söndürülməsi zamanı Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyətini ümumilikdə müsbət qiymətləndirdiyini bildirib. O, həmçinin, şəxsi heyətin peşə, döyüş və fiziki hazırlığının, eləcə də intizamın daha da gücləndirilməsi, yanğın texnikalarının təmiri və istismarının təşkili, müqavilə əsasında yanğından mühafizəsi təşkil edilən obyektlərdə profilaktik tədbirlərin yerinə yetirilməsi və s. istiqamətlərlə bağlı müvafiq tapşırıqlar verib.



Xəbər 1897 dəfə oxunub.




21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü

21.05.2025  11:34 

14 kq narkotiklə tutuldular

21.05.2025  10:41 

Tanınmış iş adamı vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +