“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


09.02.2018  13:57 

Nazirlər Kabineti tam tərkibdə istefa verəcək





A+  A-

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildikdən sonra yeni seçilmiş dövlət başçısı vəzifəsini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verəcək.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

Deputat bildirib ki, Konsitutsiyanın 116-cı maddəsində göstərilib ki, yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

“Prezident seçilən hər bir şəxs yenidən öz komandasını formalaşdırmalıdır. Həmçinin, Konsitutsiyanın 114-cü maddəsində göstərilib ki, Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. Yəni hər bir halda bu baş verir. Bunu də nəzərə alaq ki, Azərbaycanda prezident nəinki dövlət başçısı, həm də mərkəzi icra hakimiyyətinin başçısıdır. Ona görə də icra hakimiyyəti və Nazirlər Kabinetinin tərkibini özü müəyyən edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
MSK növbədənkənar Prezident seçkilərini aprelin 11-nə təyin edib.

Beləliklə, aprelin 11-də keçiriləcək növbədənkənar seçkilərin nəticələri bəlli olandan sonra Baş nazir Artur Rasizadə də daxil olmaqla hökumət tam tərkibdə istefaya gedəcək. Nazirlər Kabineti yenidən formalaşdırılacaq.

Xəbər 1833 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +