13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


07.11.2023  20:10 

DTX və Miqrasiya Xidməti əməliyyat keçirdi





A+  A-

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdikləri birgə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Azərbaycan ərazisində yaşama hüququ verən aidiyyəti sənədlər və qeydiyyat ünvanı olmadan yaşayan, işləmək icazəsi almadan əmək fəaliyyəti ilə məşğul olan, həmçinin qanunsuz miqrasiyanı təşkil etmələrinə dair barələrində əsaslı sübutlar əldə edilən daha 16 əcnəbi müəyyən olunaraq saxlanılıb.

Dövlət Miqrasiya Xidmətindən Xəzərnews.az-a verilən məlumata görə, saxlanılan əcnəbilərdən 14 nəfərinin öz həmvətənləri tərəfindən xaricdə fəaliyyət göstərən müxtəlif şəxslər vasitəsilə Azərbaycan Respublikasında tikinti sahəsində iş vədləri ilə aldadılaraq ölkə ərazisinə gətirildikləri məlum olub.

Bu şəxslərin ölkə ərazisində qanunsuz miqranta çevrilmələrinə şərait yaradan, həmçinin qeyri-qanuni miqrasiyanı təşkil etmələrinə dair barələrində əsaslı sübutlar toplanmış 2 əcnəbinin isə ölkə ərazisində yaşadıqları yer müəyyən edilərək saxlanılmaları təmin olunub.

Aşkar edilən hallara hüquqi qiymət verilməsi təmin olunacaq.

Xəbər 1581 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +