13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


30.11.2021  14:28 

Mahir Xəttabın səhhəti pisləşib - Açıqlama





A+  A-

Həbsdə olan jurnalist, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərovun (Xəttab) səhhətində problemlər yaranıb.

XəzərNews.az xəbər verir ki, bu barədə jurnalistin vəkili Araz Nurməmmədov bildirib. Vəkil qeyd edib ki, artiq bir neçə gündür Mahir Ələkbərovun təzyiqi 200-250-dən aşağı düşmür. Vəkil bildirib ki, Mahir Ələkbərovun bu vəziyyətdə Bakı İstintaq Təcridxanasında saxlanılması həyatı üçün təhlükəlidir: "Penitensiar Xidmətin rəhbərliyindən xahişim odur ki, Mahir Ələkbərovu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı tədbirlər görülsün, əks təqdirdə Mahir Ələkbərovun səhhəti kəskin ağırlaşa bilər".

Qeyd edək ki, Mahir Ələkbərovun işinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılır. Sonuncu iclasda Mahir Ələkbərovun vəkili Araz Nurməmmədov onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəməyə vəsatət təqdim etsə də, vəsatət təmin edilməmişdir.

Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 000 (iki min) manat almaqda təqsirləndirilir. Mahir Ələkbərov Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilir.


Xəbər 1571 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +