13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


01.03.2021  12:10 

Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı





A+  A-

Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, iclas iştirakçıları Ermənistanın daxili və xarici təhlükəsizliyi, dövlətin qarşısında duran çətinliklər və onların aradan qaldırılması yollarını müzakirə ediblər.

Prezident Armen Sarkisyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın iclasda iştirak etmədiyi bildirilib.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezident Armen Sarkisyana göndərib.

Sarkisyan isə öz konstitusiya səlahiyyətləri çərçivəsində Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı hökumət rəhbərinə geri qaytarıb.

Xəbər 2090 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +