Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


13.10.2018  18:43 

Gömrük əməkdaşlarının attestasiyası keçirilir





A+  A-

Bu gün gömrük əməkdaşlarının attestasiyası ilə bağlı tədbir keçirilib.
Bu barədə XəzərNews.az-a Dövlət Gömrük Komitəsindən bildiriblər.

Məlumata görə, Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov tədbirdə bildirib ki, bu ilin 2-ci rübündə gömrük orqanlarında başladılan islahatlarının birinci mərhələsi başa çatıb və tətbiq edilən yeniliklər gömrük sisteminin daha da çevik şəkildə idarə edilməsini və modernləşməsini təmin edib: "İslahatların birinci mərhələsinin nəticəsi olaraq şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı qətiyyətli mübarizə, sahibkarlıq mühitinin yaxşılaşdırılması, maliyyə nəzarətinin effektli şəkildə həyata keçirilməsi, qaçaqmalçılıq hallarının qarşısının alınması istiqamətində mühüm nailiyyətlər əldə olunub".

İ.Hüseynov bildirib ki, qazanılan uğurlar bizi arxayınlaşdırmamalı, ölkəmizin sürətli iqtisadi inkişafının davamlılığının təmin edilməsi, tranzit potensialının gücləndirməsi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin maksimum dərəcədə təmin olunması üçün daha da əzmlə çalışmalı, işimizi günün tələbləri səviyyəsində qurmalıyıq.

O da vurğulanıb ki, artiq islahatların ikinci mərhələsi başlanıb və bu mərhələdə əsas hədəflərdən biri də kadrların potensialının üzə çıxarılması və ondan düzgün istifadənin təmin edilməsidir. Bu məqsədlə keçirilən attestasiyanın nəticələri gömrük sistemində kadrların düzgün seçilməsinə və yerləşdirilməsinə, vəzifəli şəxslərin cavabdeh olduğu sahəyə uyğunluğunun müəyyənləşməsinə imkan verəcək. Attestasiya həm də gömrük orqanları əməkdaşlarının peşə bilik və bacarıqlarının aşkar olunmasına, əməkdaşların potensialından səmərəli şəkildə və uyğun olan sahədə istifadə olunmasına şərait yaradacaq.

Tədbirdən sonra attestasiya komissiyasının üzvlərinin iştirakı ilə gömrük əməkdaşlarının attestasiyasına başlanılıb.

Xəbər 1707 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +