13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


10.10.2018  17:32 

Bakı Lift İdarəsinə yeni rəis təyin olundu





A+  A-

Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin olunub.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) XəzərNews.az-a verilən məlumata görə, başçının səlahiyyətlərini icra edən Eldar Əzizov bu barədə əmr imzalayıb.

Əmrə əsasən, Şəhər təsərrüfatı departamentinin, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə Xalid Ələkbərov gətirilib.

X. Ələkbərovun postuna isə Ayaz Hüseynov gətirilib. Gənc olmasına baxmayaraq, təsərrüfat sahəsində böyük təcrübəsi olan Ayaz Hüseynov, bu vaxta qədər SOCAR-da çalışıb.

37 yaşlı gənc kadr bu gündən o vəzifəsinin icrasına başlayıb.

Bildirilir ki, E. Əzizov şəhər rəhbərliyində strateji vəzifələrə daha çox gənc, perspektivli kadrların cəlb edilməsi prosesi həyata keçirilir.

Qeyd edək ki, "Bakılifttəmir" İstehsalat Birliyinin qalmaqallı baş direktoru Qüdrət Şükürovu bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

Xəbər 1741 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +