13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


27.04.2017  15:37 

“Füyuzat” jurnalının 110, yenidən nəşrinin isə 10 illik yubileyi qeyd edilib





A+  A-

Bakı Dövlət Universitetində Jurnalistika və Filologiya fakültələrinin birgə təşkialtçılığı ilə “Füyuzat” jurnalının 110 illik, yenidən nəşrinin isə 10 illik yubileyinə həsr olunmuş “Vətənin vətəndaşı, bir işıq da sən yandır” esse müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov “Füyuzat” jurnalının Azərbaycanın ictimai fikir tarixində önəmli roluna diqqət çəkib, böyük Azərbaycanın mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 1906-1907-ci illərdə nəşr olunan “Füyuzat” jurnalı haqqında məlumat verib, Azərbaycanda milli mətbuatın formalaşmasındakı rolundan bəhs edib.
Jurnalın fəaliyyətinin Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tərəfindən 2007-ci ildə bərpa edildiyini, tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu altında “Füyuzat”ın davamı kimi 33-cü nömrədən çap olunduğunu bildirən rektor müasir “Füyuzat”ın milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzularda yazıları ilə çağdaş mətbuatımızda rolunu yüksək qiymətləndirib.
“Füyuzat” jurnalının təsisçisi olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı və digər qonaqlar müsabiqənin keçiriliməsinin əhəmiyyətindən bəhs edib, gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasındaki rolundan danışıblar.
Qeyd edək ki, müsabiqəyə Jurnalistika və Filologiya fakültələrindən 26 tələbə qatılıb. Münsiflər heyətinin müxtəlif meyarlar üzrə verdiyi ballar əsasında müəyyən olunan qaliblər “Füyuzat” jurnalı tərəfindən fəxri diplomlarla, mükafatlarla təltif olunublar.
Sonda tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.




Xəbər 1982 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +