13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


21.04.2017  14:34 

Bakıda 245 köhnə yaşayış binası söküləcək





A+  A-

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Bakı şəhərinin müvafiq rayonlarının ərazisində köhnəlmiş və qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarından danışıb.
XəzərNews.az-ın məlumatına görə, A.Ələsgərov “İnşaatçı” qəzetinə müsahibəsində bildirib ki, müvafiq rayon icra hakimiyyətləri tərəfindən təqdim olunan ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin razılaşdırılması həyata keçirilir.
“Qeyd olunan Qərarın qəbulundan bu günədək Bakı şəhərinin yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan 80 ərazi planlaşdırma sənədindən 60-ı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırlmışdır. Bu isə öz növbəsində ümumi yaşayış sahəsi 2,6 milyon kvadratmetr olan 245 hündürmərtəbəli yaşayış binası və ya 25000 mənzil deməkdir.
Artıq real olaraq söküntü işlərinə və əhalinin köcürülməsinə başlanılmışdır. Eyni zamanda onlarla hündürmərtəbəli yaşayış binaları artıq tikilir.
5 il müddətinə nəzərdə tutulmuş bu böyük tikinti layihəsi bu günkü templə davam edərsə uğurla həyata keçiriləcəkdir”.
Komitə sədri deyib ki, vətəndaşlar yeni mənzillərə köçürülür, qəzalı binalardan canı qurtarır, eyni zamanda, həmin vətəndaşlara əvvəlkindən təxminən 10, bəzi hallarda 20, yaxud 30 faiz daha böyük ölçüdə təmirli mənzillər verilir.
“Həmçinin, yeni binaların tikildiyi müddətdə sakinlər sahibkarların hesabına şəhərdə kirayə evlərdə, yaxud da sakinlərin əvvəl yaşadıqları həmin ərazidə tikilmiş əsas binanın mənzillərində müvəqqəti yaşayış yeri ilə təmin edilirlər.
Bunu, sakinlərin heç bir xərc çəkmədən qəzalı vəziyyətdə olan mənzillərinin, yeni, daha rahat və geniş mənzillərlə əvəz olunduğu sosial mənzillər hesab etmək olar. Çünki, köhnəlmiş və qəzalı vəziyyətdə olan həmin binalar istismar müddətini başa vurduğu üçün artıq həmin binaların sakinləri üçün real təhlükə mənbəyinə çevrilmişdi. Məhz bu layihə, həmin problemləri vaxtında həll edə biləcək sosial yönümlü vacib tədbirlərdəndir.
Bizdə olan məlumata görə xaricdə sosial mənzillər, hündürlüyü 3 mərtəbədən çox olmayan və əsasən bir mərtəbədə bir neçə mənzilli koridor tipli yığcam mənizillər nəzərdə tutulur və belə tikililər massiv şəklində şəhər ətrafında aparılır”.


Xəbər 1845 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +