“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


31.03.2023  17:19 

Hacıbala Abutalıbovun satmadığı küçə qalmayıb





A+  A-

Sabiq Bakı meri Hacıbala Abutalıbov və komandası paytaxt da satmaqdıqları, özəlləşdirmədikləri bir küçə və prospekt qalmayıb. Bütün bunlar əsasən paytaxtda əhalinin daha çox gediş-gəliş olan yollar üzərində aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin sabiq rəisi Ramiz Hacıyev bu gün hər birimizin davamlı göbələk kimi qarşımıza çıxan ticarət köşklərini Hacıbala Abutalıbovun və özünün yaxın qohum-qardaşına paylayıblar. İstər metroların qarşısında mövcud olan köşklər,istər küçə və prospektrləridəki köşklərin hər biri bu iki şəxsin yaxın çevrəsinə məxsusdu.

Bu köşklər də əsasən, yuxarıda qeyd etdiyimiz kimi əsasən küçələrin kəsişmələrində, piyadalar üçün nəzərdə tutulan yerlədə yerləşdirilib. Bu da insanların normal gediş-gəlişinə maneələr yaradır. Hər yüzlərlə tələbənin və paytaxt sakinlərinin istifadə etdiyi Füzuli küçəsi ilə Süleyman Rüstəm küçəsinin kəsişməsində yerləşdirilən köşk isə burda insanların normal gediş-gəlişini tamamilə bağlayıb. Bu azmış kimi bu köşkün sahibləri fiziki məhdudiyyətli vətəndaşlar üçün nəzərdə tutulan keçid xəttini belə dağıdaraq onun üzərinə köşklərini yerləşdiriblər.

Əməkdaşımızın ərazidə apardığı müşahidə zamanı bəlli oldu ki, qeyd edilən ünvandakı köşkün əsas sahibi məhz Ramiz Hacıyevdir ki, o vəzifədə olduğu dövrdə bu köşkü yaxın qohumuna hədiyyə edib.

Yəqin ki, həm Bakı şəhər İcra Hakimiyyəti Ramiz Hacıyevin zamanında vermiş olduğu bu qanunsuz köşkü ərazidən kənarlaşdıracaq. Həm fiziki məhdudiyyətli vətəndaşlar, eyni zamanda gündəlik bu yoldan istifadə edən yüzlərlə paytaxt sakini normal yoldan isfadə edə biləcək. Yoxsa imkanından və vəzifəsidən yararlanan onlarla məmur da Ramiz Hacıyev kimlərə baxıb küçə və prospektləri işğal edərlər./Vətəninfo/



Xəbər 1237 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +