“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


03.11.2017  17:43 

Azərbaycanda ömürlük məhkumların sayı bilindi





A+  A-

Azərbaycanda ömürlük azadlıqdan məhrum olunanların sayı məlum olub.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, 2016-cı ildə Azərbaycanda 10 nəfər ömürlük azadlıqdan məhrum edilib.
2015-ci ildə bu rəqəm 4, 2014-cü ildə 13, 2013-cü ildə isə 15 nəfər olub.
2016-cı ildə müəyyən müddətə azadlıqdan məhrum olunanların sayı 7908 nəfər olub. 2015-cı ildə isə müəyyən müddətə azadlıqdan məhrum olunanların sayı 7826, 2014-cü ildə 7347 nəfər olub.
Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.
Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir.
Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

Xəbər 1887 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +