YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


11.11.2017  12:16 

Saakaşvili oğlunun köməyinə gəldi





A+  A-

Xəbər verdiyimiz kimi, Odessanın eks-qubernatoru Mixail Saakaşvilinin yetkinlik yaşına çatmayan oğlu onu qarşılayan şəxs olmadığı üçün Kiyev aeroportunda saxlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Oleq Slobodyan feysbuk hesabında yazıb:

“Həqiqətən də, noyabrın 10-da saat 18:30-da Borispol aeroportuna Tbilisi reysi ilə Mixail Saakaşvilinin oğlu olan yetkinlik yaşına çatmayan Ukrayna vətəndaşı gəlib. Təəssüf ki, uşağı aeroportda yaxın qohumlarından və ya digər səlahiyyətli şəxslərdən heç kəs qarşılamayıb. Aeroporta həmin vətəndaşın atası gəldikdən sonra sərhədçilər yetkinlik yaşına çatmayan vətəndaşın sərhədi keçməsini qeydiyyata aldılar”.

Qeyd edək ki, daha əvvəl Saakaşvili bütün sənədləri qaydasında olmasına baxmayaraq, oğlunun onu müşayiət edən Gürcüstan Dövlət Mühafizə Xidmətinin əməkdaşı ilə birgə Kiyev aeroportunda saxlanıldığını bəyan etmişdi.

Xəbər 1381 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +