13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


06.09.2023  13:39 

“Nicat Lənkəranski” ilə bağlı məhkəmə başladı





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

XəzərNews.az Report-a istinadla xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

“Nicat Lənkəranski” növbəti proseslərdə iştirak etməkdən imtina edib. Zərərçəkmiş hadisə ilə bağlı heç bir şikayətinin olmadığını bildirib.

Məhkəmənin növbəti iclası sentyabrın 13-nə təyin edilib.

“Nicat Lənkəranski” bu hadisədə zərərçəkmiş qismində iştirak etsə də, hadisədən bir müddət sonra 234-cü maddə ilə həbs olunub.

Xatırladaq ki, hadisə martın 10-u saat 15 radələrində paytaxtın Nəsimi rayonunun Səməd Vurğun küçəsində baş verib.

İstintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə “Nicat Lənkəranski” adı ilə tanınan Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

Xəbər 7834 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +