Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı


30.04.2025  18:17 

Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?





A+  A-

Baş prokuror vəzifəsinə təyinatla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı Milli Məclisə daxil olub.

XəzərNews.az Teleqraf-a istinadla xəbər verir ki, təqdimatda Kamran Bayram oğlu Əliyevin Baş prokuror vəzifəsinə yenidən təyin olunması təklif edilir.

Təqdimatda K.Əliyevin səlahiyyət müddətinin 5 il uzadılması təklif olunur.

Təqdimat Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunacaq.

Qeyd edək ki, ölkə Konstitusiyasının 133-cü maddəsinə görə, Baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. K.Əliyev 2020-ci ildən sözügedən vəzifədə çalışır.

Ona 2021-ci il noyabrın 23-də I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Xəbər 1771 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +