10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda


09.02.2021  18:46 

Polisin avtobusu qaçıran sürücünü döyməsi iddiasına - DİN-dən reaksiya





A+  A-

Bəzi sosial şəbəkə seqmentlərində Sumqayıt Polis İdarəsində vətəndaşın polis tərəfindən döyülməsi və idarənin zirzəmisində saxlanılması ilə bağlı iddialar yayılıb.
XəzərNews.az-ın xəbərinə görə, iddialarla bağlı mətbuatın sorğusuna cavab olaraq, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qeyd olunan halların bütün xüsusatları araşdırılır.

“Vətəndaşın Sumqayıt şəhərində iri tutumlu avtobusla sərxoş vəziyyətdə axşam saatlarında avtoxuliqanlıq hərəkətləri ilə müşaiyət olunan əməllərinin videogörüntüləri sosial şəbəklərdə yayılaraq, geniş ictimai rezonans yaradıb.

Ailə üzvlərinin ictimai təhlükəli əməl törədən şəxsin üzərindən cinayət təqibini dayandırmaq, yaxud dəyişdirmək məqsədilə əsassız, həqiqətəuyğun olmayan məlumatlar yayır.

Daha böyük faicə ilə nəticələnə biləcək bu hərəkətin qarşısını almaq üçün polislər süni tıxac yaratmaq məcburiyyətində qalıblar. Avtobus yüksək sürətlə taxacdakı polisin xidməti avtomobilinə çırpılıb.

Sürücünün sifət nahiyəsi sükana dəyərək, burun çəpərinin zədələnməsi burun və gözətrafı nahiyyədə göyərmə, ödem (şişkinlik) yaranıb”, - DİN rəsmisi bildirib.

Vətəndaşın zirzəmidə saxlanmasına da toxunan E.Hacıyev əlavə edib ki, o zirzəmidə yox, törətdiyi əmələ görə məhkəmə hökmünə əsasən istintaq təcridxanasına yerləşdirilib:

“Hazırda şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, istintaq hərəkətləri davam etdirilir. Vətəndaşın xəsarət alması nəticələnən hala görə ekspertiza təyin olunub”.

Xəbər 2012 dəfə oxunub.




23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +