10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda


27.10.2020  09:45 

Deputat ölkəmizdəki Türkiyə “F-16”larının rolundan danışdı





A+  A-

Millət vəkili Erkin Qədirli Türkiyə “F-16”ları ilə bağlı fikrini paylaşıb.
XəzərNews.az xəbər verir ki, tarixə üz tutan deputat bu barədə feysbukda yazıb:

“Sinqapurun qurucusu Li Kuan Yu xatirələrində yazıb ki, dövlətinin müstəqilliyini qorumaq üçün Britaniyadan hərbi dəstək istəmişdi. Britaniya imtina edib, çünki başı dərin maliyyə böhranına qarışmış olub. Sonra Li Kuan Yu dəstəyi ABŞ-dan istəyib. ABŞ rəhbərliyi də dəstək verməyə razılaşmayıb. Amma Li Kuan Yu israr edib və sonda dəstəyi ala bilib. Necə? Li Kuan Yu ABŞ rəhbərliyini böyük hərbi gücə ehtiyacın olmayacağına inandıra bilib. O, deyib ki, ABŞ bircə gəmisini göndərərsə və o gəmi Sinqapur limanında lövbər salarsa, yetərli olar. Elə də oldu. Uzun illər ərzində cəmi bir ABŞ gəmisi Sinqapur müstəqilliyinin təminatçısı ola bildi.

Ölkəmizdəki Türkiyə “F-16”larının rolu da odur. Prezident İlham Əliyev xalqa müraciətində (26 oktyabr) bunu aydın bildirdi. Eşq!”

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev xalqa müraciətində ona “F-16” barədə verilən sullar haqda danışmışdı:

“Gedin baxın da “F-16” neyniyir, havadadır, ya yerdədir. Yerdədir, özü də təlimlər üçün gəlib, müharibə başlayanda qalıb. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, o “F-16”ları onlar görəcəklər”.



Xəbər 2076 dəfə oxunub.




23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +