10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda


24.10.2020  11:54 

ANAMA 175 partlamamış hərbi sursat və 2 dron aşkarladı





A+  A-

23 oktyabr tarixində Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 38 (otuz səkkiz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 (iki) müraciət daxil olub.
ANAMA-dan XəzərNews.az-a verilən məlumata görə, daxil olmuş 40 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Arazbar, Böyük Kəhrizli, Hacılar, Qaradolaq, Yeni Qaradolaq, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Bəybabalar, Çəmənli, Mahrızlı kəndləri, Bərdə rayonunun Xantorpaq, Əlyanlı kəndləri, Beyləqan rayonunda “Mayak” adlanan əraziyə, Füzuli rayonunun Alxanlı, Böyük Bəhmənli kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu, Şəfəq, Səfibəyli, Hacalı kəndləri, Naftalan rayonunun Qaşaltı kəndi, Tərtər rayonunun Borsunlu, Yuxarı Sarıcalı kəndləri, Qızıloba qəsəbəsi, V.Orucov, H.Hacıyev, V.Hüseynov küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 33 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 175 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 35 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd raket, 1 ədəd 9N235 bombacığı və 2 ədəd dron zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 9 714 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Xəbər 1549 dəfə oxunub.




23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +