Əli Nur Fizuli Hüseynovu polisə şikayət edib
13 yaşlı məktəblini vuran məmur oğlu saxlanıldı
Hərbi qulluqçumuz minaya düşüb - Rəsmi
Prezident BƏƏ-dən olan iş adamlarını qəbul edib
Brüsseldə Ramstein görüşü baş tutacaq
Xəzər Universitetində tələbə bıçaqlanıb
Ordumuz Xəznəvara atəş açmayıb - Rəsmi
Elgünün ölüm səbəbi açıqlandı - RƏSMİ
Rövşən Qurbanov həbs edildi
“Bu görüntülər məni məhv etdi”-Xoşqədəm


26.02.2020  10:07 

“Semaşko”ya koronavirus şübhəsiylə daha 7 nəfər gətirildi





A+  A-

Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 7 nəfər yerləşdirilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

Həkim müşahidəsinə götürülənlərin 2-si Azərbaycan, digərləri İran İslam Respublikası vətəndaşlarıdır. Onlarda 6-sının vəziyyəti normaldır səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. 1 nəfərin bədəninin hərarəti normadan yüksəkdir. Həkim müşahidələri davam edir.

İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olanlar isə artıq məlumat verdiyimiz kimi müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Səhiyyə Nazirliyinə verilən məlumata görə, həkim müşahidəsinə götürülənlərdən 2 nəfərinin hərarəti normadan bir qədər yüksəkdir. Səhhətlərində ciddi problem aşkarlanmayıb.

Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir.

Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməmək xahiş edilir.

Xəbər 1328 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.05.2025  11:38 

Rövşən Qurbanov həbs edildi

29.05.2025  07:07 

Fransanın məşhur manyakları...


BÜTÜN XƏBƏRLƏR +