Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


13.07.2019  10:21 

Füzulinin icra başçısı növbəti səyyar görüşünü keçirib - Foto





A+  A-

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Qarabağ kəndində keçirilib.
XəzərNews.az xəbər verir ki, səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səyyar qəbulda çıxış edən Alı Alıyev deyib ki, Qarabağ kəndində 550 nəfər yaşayır. Kənddə əhalinin işıq, su, qaz, yol və digər sosial problemləri tam həll olunub, şəhər sakinlərinin hər birinə çörək pulu və kommunal xərclərə görə 60 manat olmaqla ayda 33000 manat vahid aylıq müavinət ödənilir. Məcburi köçkünlər üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə edirlər.

Qarabağ kəndində məktəb, tibb məntəqəsi, kitabxana fəaliyyət göstərir.

Bildirilib ki, Qarabağ kəndində 125 nəfər rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarında işləyir, 130 nəfər isə pambıq, barama, müxtəlif istehsal sahələrində çalışmaqla məşğulluqlarını təmin edirlər.

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.





Xəbər 1521 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +