12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq


14.08.2023  09:28 

Sabir Rüstəmxanlı Alim Qasımovu belə təbrik etdi





A+  A-

Avqustun 14-ü böyük sənətkarımız, bənzərsiz muğam ustası Alim Qasımovun doğum günüdür. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Alim Qasımovu bir neçə il öncə yazdığı şeirlə təbrik edib.

XəzərNews.az həmin şeiri təqdim edir:

ALİM QASIMOV VƏ FƏRQANƏ ÜÇÜN

Alim:

Ruhumun dilidir bu bülbül nəfəs
Sən könül bağçamda çiçəksən, qızım!
Dünyanın dərdinə bir ürək yetməz,
Sinəmdə ikinci ürəksən, qızım!

Fərqanə:

Bir səsdə əritdin neçə min səsi,
Köksündə çağlayır aləmin səsi.
İlahi bir sirdir AlİMİN səsi,
Sən mənim başımın tacısan, ata!

Alim:

Sən bacı əvəzi, ana əvəzi,
Yolun yollarıma qoşulub gəzir.
Səsimə güc verir bu büllur səsin
Atanı qoruyan mələksən, qızım!

Fərqanə:

Üzünə baxıram mən nitqi bağlı,
Sən haqqın sədası, min sirrə çağrı,
Muğam dünyasının ərköyün oğlu,
Özün də səsintək ucasan, ata!

Alim:

Bəmini bəm elə ürək dağlasın,
Vətən ağlamasın, Muğam ağlasın,
Bütün övladları Allah saxlasın,
Nəğmənlə ellərə gərəksən, qızım!

Fərqanə:

Uc-uca calansa zəngulələrin,
Körpüsü olardı Ay ilə Yerin,
Mahnı qanadında aşıb illəri
Cənnət qapısını açarsan, ata!

Xəbər 970 dəfə oxunub.



25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +