13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


10.08.2023  18:09 

Dənizin bu hissəsində çimmək qadağan olundu





A+  A-

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, yenə də qeyri-çimərlik ərazilərdən istifadəyə rast gəlinir ki, bu da bir sıra hallarda faciələrin yaşanmasına səbəb olur.

XəzərNews.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

"Belə ki, Lənkəran rayonunun Sütəmurdov kəndində ən yaxın xilasetmə məntəqəsindən 6 km aralı yerləşən qeyri-çimərlik ərazidən istifadənin təhlükəli sualtı relyefə, sürətli sualtı axına və digər təhlükəli xüsusiyyətlərə görə həyat və sağlamlıq üçün birbaşa risk yaratması barədə yerli vətəndaşlar arasında təşkil olunan təbliğat xarakterli tədbirlərə baxmayaraq, təəssüflə bildirməliyik ki, son günlər ərzində həmin ərazidə 4 nəfər batıb. FHN-in dalğıc-xilasediciləri tərəfindən batan şəxslərin cəsədləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilsediciləri tərəfindən Lənkəran rayonunun Sütəmurdov kəndində qeyri-çimərlik ərazidə son günlər yaşanan faciələr səbəbindən müvafiq təhlükəsizlik tədbirləri görülüb, ərazinin təhlükəsi barədə məlumatlandırıcı lövhələr quraşdırılıb və girişi qadağa edən lentləmə işləri aparılıb. Bundan əlavə, ərazidə istirahət edən vətəndaşlarla maarifləndirici xarakterli söhbətlər edilib", məlumatda deyilir.

Xəbər 1585 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +