Fransalı vəkil İran XİN-ə çağırıldı
12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib


18.04.2023  11:40 

Bu kollecdə büdcədənkənar vəsaitlər hansı adla silinir?





A+  A-

Azərbaycanda büdcədən maliyyələşən bir çox təşkilatların sifarişçi olduqları dövlət satınalmaları və xərclərinin şişirdilməsi barədə mətbuatda dəfələrlə yazılıb.

Dövlət vəsaitlərinin izafi xərclənməsi, görülən işlərin smetalarının şişirdilməsi və müxtəlif adlar altında mənimsənilməsi daha çox təhsil sahəsində fəaliyyət göstərən qurumlarda baş verir.

Məlumata görə xərcləri şişirdilən, büdcədənkənar vəsaitləri təkrar işlər üzrə sənədlərdə xərcləyən təşkilatlardan biri də Astara Pedoqoji Kollecidir.

Saxta MMC-lərlə “əməkdaşlıq”

Qeyd edək ki, Astara Pedoqoji Kolleci 2019-cu ildən indiyədək xeyli sayda dövlət satınalmaları keçirib.

Kollecin “Abadlıq xidməti”, “cari təmir” lotları üzrə əməkdaşlıq etdiyi şirkətlər fəaliyyət profilləri bəlli olmayan, dövlət satınalmalarında qaranlıq məqsədlərlə istifadə olunan təşkilatlar olub.

Məsələn, Astara Pedoqoji Kollecinin 2019-cu ildə 43.950 manatlıq sifariş verdiyi “R AND X” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə heç bir məlumat yoxdur. Bu şirkətin “otkad” məqsədi ilə yaradıldığı, dövlət satınalmalarında sifarişçi olan təşkilatlarla “otkad” etdiyi vurğulanır.

“R AND X” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda dövlətə olan vergi borcu 4 milyon manatdan artıqdır. Bu isə şirkət haqqında olan iddiaları daha da gücləndirir.

Astara Pedoqoji Kollecinin digər satınalmaalrında qalib elan etdiyi təşkilatlar da “R AND X” MMC kimi qaranlıq fəaliyyətlə məşğuldurlar.

Bu şirkətlərin – “Həsənzadə -2012” və “S,M,K” MMC-lərin fəaliyyət profilləri barədə məlumat yoxdur.

Həmçinin bu şirkətlərin də dövlətə külli miqdarda vergi borcu var.

Kollecdə büdcədənkənar vəsaitlər hansı adla silinir?

Astara Pedoqoji Kollecinin büdcədənkənar vəsaitləri müxtəlif adlar altında mənimsənildiyi bildirilir.

Abadlıq işləri, inventarların və təsərrüfat mallarının alınması istiqamətində xərclər şişirdilir, əksər hallarda isə ümumiyyətlə alınmır.

Kolleclə bağlı iddialardan biri isə xeyli sayda texniki və təsərrüfat sahəsində çalışan işçilərin işə gəlmədiyi, kollecdə bu yönümlü işləri bir neçə işçinin görməsidir.

Qeyd edək ki, Astara Pedoqoji Kollecinin direktoru Ağababa İbrahimovdur.

O, 2017 –ci ilin fevralın 1-dən Astara Pedaqoji Kollecinə rəhbərlik edir.

Qarşı tərəf məsələyə mövqe bildirmədi. /Qlobal.az

Xəbər 1156 dəfə oxunub.



26.05.2025  00:08 

“Səs”in qalibi o oldu

25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +