12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq


17.12.2020  19:17 

Erməni təcavüzü nəticəsində ziyan dəymiş 6 mindən çox ailəyə yardım ediləcək





A+  A-

Ermənistanın təcavüzü nəticəsində 8 221 daşınmaz əmlaka ziyan dəydiyi məlum olub.
Nazirlər Kabinetindən XəzərNews.az-a verilən məlumata görə, onlardan 300 fərdi yaşayış evi, 75 yardımçı tikili və 10 çoxmənzilli bina tamamilə dağılıb.

222 nəqliyyat vasitəsinə ziyan vurulub, onlardan 21-i tam yararsız vəziyyətdədir. 989 baş mal-qara tələf olub.

Məlumata görə, 6 143 ailəyə ilkin mərhələdə yardım ediləcək.

Prezidentin müvafiq Sərəncamının (14 dekabr 2020-ci il) icrası nəticəsində ilkin mərhələdə evləri dağılmış və qəzalı vəziyyətə düşmüş 258 ailəyə 3.151. 500 manat (hər ailəyə 6 000 manat və hər ailə üzvünə 1500 manat), evlərinə ziyan dəymiş 5 885 ailəyə isə 5 milyon 885 min manat (hər ailəyə 1000 manat) yardım edilməsi nəzərdə tutulur.

Bərpası və təmiri mümkün olmayan əmlak sahibləri müasir layihələr əsasında tikilmiş yeni tikililərlə təmin olunacaqlar.

Bərpası və təmiri mümkün olan əmlaklar isə dövlət hesabına təmir və bərpa ediləcək.

Qeyd edilib ki, ilkin mərhələdəki yardımlar nəqliyyat vasitələrinə görə ödənişləri nəzərədə tutmur.

Xəbər 2318 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +