Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


27.12.2019  09:06 

Şirkət 10 milyonu işçiləri arasında böldü





A+  A-

ABŞ-ın Yuta ştatında Solt-Leyk-Siti şəhərindəki “St. Jhon Properties” adlı daşınmaz əmlak şirkəti işçilərinə qeyri-adi Yeni il sürprizi edib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, əyləncəli gecə təşkil edən şirkətin baş direktoru Edvard Sent-Con 10 milyon dollarlıq pul mükafatı təyin etdiyini bildirib və işçilərə əllərindəki zərfləri açmalarını söyləyib. Şirkət rəhbəri 198 nəfər işçisinin hər birinə orta hesabla 50 min dollar verib. Ən kiçik mükafat isə 100 dollar olub. Bu məbləğ şirkətdə cəmi bir gün çalışanlara verilib. Ümumilikdə bonusun məbləği işçinin şirkətdə olma müddətindən və iş təcrübəsindən asılı olub. Gecədə əməkdaşlardan birinə verilən ən böyük mükafat məbləği 270 min dollar təşkil edib.

İşçilər Edvar Sent-Conun bu sürprizi qarşısında göz yaşlarını saxlaya bilməyiblər və pulun onların bir çox ehtiyacını ödəyəcəyini bildiriblər.

Şirkət rəhbəri isə daha sonra açıqlamasında atdığı addımla bağlı bunları deyib:

“Bir şənlik hazırlamaq və bu cür sürprizlə insanların həyatına rəng qatmaq istəyirdim. Gəminin başında mən dayanmışam, amma bu gəmini idarə edənlər onlardır”.

Xəbər 1703 dəfə oxunub.



24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +