Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


07.11.2018  13:07 

“Azərbaycan insanı keyfiyyətsiz qidalandığından…”





A+  A-

“Bu gün Azərbaycanda onkoloji və QİÇS xəstəlikləri 3 dəfə artıb. Bunun səbəbi isə normal tibb təhsilinin olmaması və keyfiyyətsiz qida məhsulları ilə bağlıdır”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin komitə iclasında büdcə layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda lazımi şərait olmadığından tələbənin normal tibb təhsili alması və kadr kimi yetişməsi mümkün deyil: “Bunu etiraf etməliyik. Normal təhsil ala bilmədiyindən normal kadr da yetişmir. Ona görə də xaricdə təhsili zəruri edirlər. Buna diqqət yetirmək lazımdır və büdcədən bunun üçün lazımi səviyyədə vəsait ayrılmalıdır”.

Deputat həmçinin uşaqların normal qidalanmadan əziyyət çəkdiklərini və bunun nəticəsində normal fizionomiyaya malik olmadıqları probleminə diqqətin ayrılmasını zəruri hesab edib: “Biz beynəlxalq olimpiadalarda iştirak edirik, oradakı 400-500 şagird içərisindən çox az qismin normal fizionomiyaya malik olduğunun şahidi oluruq. Yerdə qalanların fizionomiyasının çox pis olduğunu görürük. Bunun səbəbinin biri orta məktəblərdə idman dərsinin tədrisindəki problemlərlə bağlıdırsa, digər bir hissəsi qidalanma ilə əlaqəlidir.

Azərbaycan insanı keyfiyyətsiz qida ilə qidalandığından onların fizionomiyası zəif olur, onkoloji və digər xəstəliklər geniş yayılır. Bu gün ölkədə qida keyfiyyəsizliyi ilə bağlı məsələlər sirr deyil. Bu sahədəki problem aradan qaldırılmalıdır”.

O, eyni zamanda uşaq pullarının və doğuşa görə birdəfəlik müavinətin həcminin artırılmasını təklif edib.

F. Mustafa bildirib ki, bu gün Azərbaycanda 1 milyonadək uşaq var və heç olmazsa 6 yaşadək uşaqlara uşaq pulu verilməsi təmin edilməlidir.

Xəbər 1918 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +