Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


07.08.2018  09:05 

Saxta sənədlərlə Azərbaycana keçmək istədilər





A+  A-

Son günlərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, iyulun 24-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Dubay-Bakı reysi ilə uçub gələn 1986-cı il təvəllüdlü Pakistan vətəndaşı Sultana Fakhara Raza Muhammadın sərhəd nəzarətinə təqdim etdiyi sənədlərin saxtalaşdırılması əlamətləri aşkarlanıb. Laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı pasportunun məlumat səhifəsinin dəyişdirilməsi, həmçinin İspaniyaya aid daimi yaşayış kartının saxta olması təsdiqlənib.

İyulun 26-da Aeroportda Bakı-Riqa reysi ilə uçmaq istəyən, özünü İspaniya Krallığının vətəndaşı kimi təqdim edən 1989-cu il təvəllüdlü Mehmood Asad Rasheedin sərhəd nəzarətinə təqdim etdiyi İspaniya pasportunun saxta olmasına şübhə yaranıb və yoxlama zamanı pasportun saxtalaşdırılması təsdiqini tapıb. Araşdırma nəticəsində saxlanılmış şəxsin Pakistan vətəndaşı olması müəyyən olunub, baxış zamanı saxlanılan şəxsin üzərindən Pakistan pasportu aşkarlanıb.

İyulun 30-da Aeroportda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1971-ci il təvəllüdlü Ulikova Feruzanın sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması müəyyən edilib.

Avqustun 6-da isə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiyadan Azərbaycana gələn Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Yegenmatov Avezmurat Bayramgeldıyeviçin sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması aşkar olunub.

Qeyd edilən faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.

Xəbər 1605 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +