Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


12.06.2018  20:27 

Lavrovdan İrəvana sərt xəbərdarlıq





A+  A-

Rusiya ilə onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqləri, xüsusən də İrəvan arasında gərginliyə səbəb olan ciddi mübahisəli vəziyyət yaranıb.
XəzərNews.az “Kommersant”a istinadən bildirir ki, Moskva KTMT-yə üzv dövlətin ərazisində, o cümlədən Ermənistanda ABŞ laboratoriyalarının yerləşdirilməsindən hədsiz narazıdır.
“Kommersant”ın yazıdığına görə, Rusiya XİN-in rəhbəri Sergey Lavrov Alma-Atada keçirilən KTMT xarici işlər nazirləri toplantısında bu məsələni qaldırıb. Lavrov Ermənistan və Qazaxıstan ərazisindəki ABŞ-ın maliyyə dəstəyilə açılan və fəaliyyət göstərən laboratoriyaların Rusiyanı narahat etdiyini bildirib.

Belə laboratoriyalar Ukrayna və Gürcüstanda da var. Qeyd olunur ki, Rusiyanın xüsusi xidmət orqanları və alimləri Amerikanın nəzarətində olan bu cür laboratoriyaların postsovet məkanında yaradılması və yayılmasından narahatdırlar. Çünki həmin laboratoriyalar sonda hansısa yolla Rusiyaya qarşı istifadə oluna bilər.

Laboratoriyaların Qərbi Avropa ölkələrində yox, nədənsə Rusiyanın yaxın ətrafında – inqilab və dövlət çevirişlərinin baş verdiyi və onun əsas müttəfiqləri olan postsovet dövlətlərində yerləşdirilməsi suallar doğurur.

“Kommersant” yazır ki, Moskva həmin laboratoriyalara giriş əldə etmək istəyir. Hətta bioloji tədqiqatlar sahəsində əməkdaşlıqla bağlı İrəvanla ayrıca sənədin imzalanması da müzakirə olunur. Moskva hesab edir ki, bu, rus mütəxəssislərinə Ermənistandakı ABŞ laboratoriyalarına girişi təmin edəcək. Çünki ABŞ laboratoriyaları heç də bəyan etdikləri məqsəd və vəzifələrə - Ermənistanda epidemioloji təhlükəsizliyin yüksəldilməsinə xidmət etmir.

Moskvanın İrəvanla bağlı narahatlığı anlaşılandır. Bundan öncə “Kommersant” yazmışdı ki, Ermənistan baş naziri Nikol Paşinyan ən vacib postlardan biri – müdafiə naziri vəzifəsinə 2004-2007-ci illərdə Ermənistan silahlı qüvvələrinin NATO-dakı nümayəndəsi, konkret olaraq, NATO və ABŞ kəşfiyyatına işləmiş David Tonoyanı təyin edib. Sübut olunub ki, Tonoyan Ermənistanda Amerikaya məxsus biolaboratoriyalar şəbəkəsinin yaradılması üzrə layihənin koordinatorudur. Və artıq Gürcüstan və Ukraynada “uğurlu” fəaliyyət göstərən belə laboratoriyalar epidemioloji tədqiqatlar yox, bioloji silah yaradılması üzərində işləyir. Rusiya üçünsə bu, müttəfiqinin potensial təhdid mənbəyi olması deməkdir.

Xəbər 1352 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +