Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb


18.12.2017  16:48 

Daha 3 Olimpiya Mərkəzi tikiləcək





A+  A-

"Gələn il dövlət büdcəsində bölgələrdə üç Olimpiya İdman Mərkəzinin tikintisi nəzərdə tutulub. Onlardan biri istifadəyə veriləcək, ikisində isə tikinti gedəcək. Ondan sonrakı illərdə də biz bu siyasəti davam etdirəcəyik".
XəzərNews.az-ın "Report"a istinadən məlumatına görə, bunu Azərbaycanın və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışında deyib. Dövlət başçısı bildirib ki, bu günə qədər bölgələrdə 43 Olimpiya İdman mərkəzi yaradılıb: "Bakının idman qurğuları dünyanın ən yüksək standartlarına cavab verir. Bölgələrdə də Olimpiya İdman mərkəzlərinin tikintisi davam etdirilir. Bu il Abşeron və Ağcabədi rayonlarında iki gözəl Olimpiya İdman Mərkəzi yaradılıb. Bunlar gənclər, idmançılar, rayon sakinləri üçün çox gözəl imkanlar yaradır. Əlbəttə, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək".
Prezident İlham Əliyevin fikrincə, Regional Olimpiya mərkəzləri idmanın kütləvi xarakter almasından ötrü tikilib: "Mən hər zaman idmançılarla görüşəndə qeyd edirəm ki, hər bir insan idmanla məşğul olmalıdır. Fiziki sağlamlıq hər bir insan üçün çox önəmlidir. Biz son illər ərzində bu istiqamətdə bir çox vəzifələri icra etdik. Bütün bölgələrdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilib. Dövlət tərəfindən təşkil olunan dispanzerizasiya, müayinədənkeçmə işləri aparılır. Hər il beş milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Ekoloji vəziyyət yaxşılaşır, təmiz içməli su layihələrinin icrası geniş vüsət alıb. Əlbəttə, fiziki hərəkət sağlamlıq üçün əsas amillərdən biridir. İdmanın kütləviliyi idman nəticələri əldə etmək üçün yox, sadəcə olaraq, ona görə vacibdir ki, hər bir insan özünü yaxşı hiss etsin".

Xəbər 1439 dəfə oxunub.




25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +