Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


14.07.2017  20:43 

Bakıda məsciddə tutulanlar var - Əli qılınclı Təzəpirə girdilər





A+  A-

Bu gün Təzə Pir məscidində cümə namazı zamanı kütləvi dava olub.
XəzərNews.az xəbər verir ki, cümə namazında iştirak edən şəxslərin BakuPost.az-a verdiyi məlumata görə, hadisəyə səbəb məscidə ağ geyimli 2 şəxsin daxil olaraq, axundun xütbəsini kəsmək istəməsi olub. Hadisə şahidlərinin sözlərinə görə, namazdan əvvəl məscidə əynində kəfəni xatırladan ağ geyimli Yaşar adlı bir yaşlı kişi və bir gənc gəlib. Onun əlində qılınc olub. O, cümə namazından əvvəl söz alıb danışmaq istəyib, lakin məsciddəkilərin narazılığı ilə üzləşib və susdurulub. Daha sonra namaz qılınıb. Namazdan sonra Yaşar adlı şəxs yenidən nəsə danışmaq istəyib. Bu zaman möminlər onun üzərinə hücum çəkərək, döyməyə başlayıblar.

Yaşar şahidlərdən biri ilə söhbəti zamanı ona Allah tərəfindən vəhy verildiyini, 2 ildir ki, bunu möminlərə çatdırmaq istədiyini qeyd edib.

***

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 26-cı Polis Bölməsinin əməkdaşları həmin şəxləri - Yaşar Əliqulu oğlu Cahangirov və Əfqan Elman oğlu Aydınovu saxlayıblar. Həmin şəxslər istintaqa təhvil veriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, əli qılınclı şəxs Yaşar Cahangirovun xəbərə əlavə edilən fotosu 2013-cü ildə "Qafqazinfo"nun əməkdaşı tərəfindən Dənizkənarı Milli Parkda çəkilib. Həmin vaxt da o, qeyri-adekvat hərəkətləri ilə vətəndaşların diqqətini çəkibmiş.

Xəbər 1083 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +