12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq


12.06.2017  17:36 

Şeyxin qardaşı onun adamını “cahil“ adlandırdı: “Cəzalandırılacaq“





A+  A-

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadə QMİ-nin Cənub Regional qazisi Hacı Mirqiyas Təhməzov tərəfindən Elnur Tağıyevə seyidlik vəsiqəsi verilməsi məsələsinə münasibət bildirib.
C.Paşazadə "Ölkə.Az"-a açıqlamasında deyib ki, hər hansı bir vətəndaşa seyidlik vəsiqəsinin verilməsi yolverilməzdir:

"Normal din adamı kiməsə seyidlik vəsiqəsi verə bilməz. Ümumiyyətlə, seyidliyin vəsiqəsi olmur. Bunu edənlər cahil, avam adamlardır. Kiminsə kimdənsə seyidlik alması ağılagəlməz və cəfəng düşüncələrdir. Bunun dinlə heç bir əlaqəsi yoxdur. Bəzi adamlar var ki, başına papaq qoyan, saqqal saxlayan adama "mollalıq vəsiqəsi" verirlər. Bu cür hallar doğru deyil".

Şeyxin qardaşı Hacı Mirqiyas Təhməzovun sözügedən hərəkətinə görə cəzalandırılacağını da istisna etməyib:

"Bildiyimə görə, QMİ-nin Cənub Regional qazisi tərəfindən belə bir vəsiqə verilməyib. Yəqin ki, bu məsələ araşdırılacaq. Əgər araşdırma nəticəsində QMİ-nin Cənub Regional qazisi tərəfindən doğrudan da belə bir vəsiqənin verilməsi faktı aşkar olunarsa, o zaman yəqin ki, həmin adam işində verdiyi nöqsana görə vəzifəsindən çıxarılacaq. Ancaq yenə də deyirəm ki, mən QMİ-nin Cənub Regional qazisinin bu cür hərəkətlərə yol verdiyinə inanmıram".

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazisi Hacı Mirqiyas Təhməzov Elnur Tağıyevə seyidlik vəsiqəsi verməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xəbər 1801 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +