“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


13.01.2020  19:37 

İran Trampı məhkəməyə verəcək





A+  A-

Rəsmi Tehran ABŞ Prezidenti Donald Trampı general Qasım Süleymaninin öldürülməsinə görə məhkəmə yolu ilə mühakimə etmək niyyətindədir.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, bunu İran Ali Məhkəməsinin sədri İbrahim Raisi deyib. Onun sözlərinə görə, qanun pozuntusuna görə cinayət işi açılacaq.

“Biz ABŞ prezidenti təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb etməliyik. Biz bunu belə qoymayacağıq. O, beynəlxalq müstəvidə mühakimə olunmalıdır”, - deyə Raisi bildirib.

O əlavə edib ki, bu məsələ İnsan hüquqları üzrə Şura (İran Ali Məhkəməsi yanında təşkilat – red.) və Xarici İşlər Nazirliyi səviyyəsində həll olunmlaıdır:

“Süleymaninin öldürülməsi bütün mümkün qanunların pozulması deməkdir. Çünki o, terrorizmlə mübarizənin simvolu və məzlum insanların dəstəkçisi idi”.

Raisi məhz hansı beynəlxalq orqana müraciət etməyi planlaşdırdıqları barədə hər hansı məlumat verməyib.

Xəbər 1659 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +