“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


26.12.2018  23:51 

Cəbhədə erməni təxribatı - Bakıdan Ağdama gedən qadın yaralandı





A+  A-

Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal altında olan mövqelərindən mülki sakinlərimizi atəşə tutub.
XəzərNews.az-ın “Ordu.az”a istinadən məlumatına görə, hadisə bu gün - günün ikinci yarısında rayonun Mirəşelli kəndi ərazisində baş verib.

Belə ki, Bakı şəhərindən rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayon Baş Qərvənd kənd sakini, 01.01.1945 təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızı və bir qrup yaxın qohumları düşmən tərəfindən atəşə tutulub.

Yaşlı qadın düşmən atəşi nəticəsində qulaq nahiyəsindən yaralanıb. Ağdam rayon xəstəxanasına aparılan mülki sakinə ilkin tibbi yardım göstərilib.

Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Xatırladaq ki, bu hal ilk dəfə baş vermir. Düşmənin məhz bu qəbiristanlığı atəşə tutması nəticəsində xeyli sayda dinc sakin müxtəlif güllə yarası alıb. Onlar arasında həyatını itirənlər də olub.

Xəbər 1234 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +