“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


18.03.2017  10:07 

ANS-in yayımı bərpa olacaqmı...





A+  A-

ANS-in qapadılmasının 8 ayı tamam oldu. Kanalın bağlanmasından sonra ötən müddət ərzində keçirilən məhkəmə prosesləri heç bir nəticə verməyib və telekanal rəhbərliyinin iddiaları təmin edilməyib.
Ötən 8 ay ərzində ANS-in əməkdaşlarının da bir qismi digər kanallarda işə düzəliblər. Lakin əksər əməkdaşların kanalın fəaliyyətinin bərpa olunacağı ümidi ilə gözlədikləri bildirilir.

Eyni zamanda yayılan məlumatlara görə, Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakının hazırda yerləşdiyi binadan çıxarılması üçün martın 23-dək vaxt verib. Lakin institutun rəhbərliyi bildirib ki, ANS-in rəhbərliyi özü bu ərazidən köçmək qərarını verib və fəaliyyətlərini başqa yerdə davam etdirəcəklər.

XəzərNews.az xəbər verir ki, ANS Şirkətlər Qrupunun prezidentinin media müşaviri Mais Məmmədov “Yeni Müsavat”a söyləyib ki, kanalın açılması ilə bağlı hələ də heç bir müsbət xəbər yoxdur. M. Məmmədov onu da qeyd edib ki, bütün bunlara baxmayaraq, onlar hələ də ümidlə kanalın açılacağı günü gözləyirlər...

Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Həmin zamandan etibarən kanalın fəaliyyəti dayandırılıb.

Xəbər 2878 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +