Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


19.05.2017  22:55 

Maşın oğurlayan dəstə zərərsizləşdirildi - VİDEO





A+  A-

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, Vüqar İbrahimovun Çiləgir kənd sakini Fərrux Güləliyevə məxsus mağazadan 400 manat məbləğində müxtəlif adlı siqaret oğurladığı aşkarlanıb.
XəzərNews.az “ARB TV”yə istinadən xəbər verir ki, onun tanışı Tural Cavadovla birlikdə Qusar şəhər sakini Abubəkir Qədirova məxsus yaşayış evindən oğurluq etdiyi müəyyənləşib.

İki dost evdən ümumilikdə 4330 manat dəyərində ev əşyalarını oğurlayıblar. Sonra Vüqar İbrahimov, Tural Cavadov və Murad Vəlibəyov əlbir olaraq Habil Cəbrayılova məxsus “Qazel” markalı maşını qaçırıblar. Bundan başqa Vüqar İbrahimov, Tural Cavadovla birlikdə Qusar şəhər sakini Eldar Əmrahova məxsus evdən ümumi dəyəri 2370 manat dəyərində müxtəlif əşyalar oğurlayıblar. Onlar oğurladıqları əşyaları aparmaq məqsədilə Qusar şəhər sakini Azad Əliyarova məxsus “Qaz 3110” markalı maşını qanunsuz ələ keçiriblər.

Polisin keçirdiyi digər əməliyyat nəticəsində Qusar şəhər sakininə məxsus avtomobildən oğurluq edən şəxslər də saxlanılıb. Əvvəllər məhkum olunan Bakı şəhər sakini Tural Hüseynov və Elməddin Quliyevin əlbir olaraq, Abdulhüseyn Ramazanova ümumilikdə 845 manat ziyan vurduğu müəyyənləşib.

Faktlarla bağlı Qusar rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb.



Xəbər 1456 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +