13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


14.04.2022  11:21 

18 il əvvəl törədilmiş cinayətin üstü açılıb





A+  A-

Azərbaycanda 18 il əvvəl törədilmiş cinayətin üstü açılıb.

XəzərNews.az xəbər verir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu barədə birgə məlumat yayıb.

Bildirilib ki, 2004-cü il aprelin 26-da 1947-ci il təvəllüdlü Rəhilə Cəlilovanın və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın meyitlərinin Yasamalda yaşadıqları mənzildə aşkar edilməsi ilə əlaqədar cinayət işi başlanılmışdı.

İstintaq nəticəsində hazırda Penitensiar Xidmətin Müalicə Mərkəzində müalicə alan məhkum (narkotik saxlama ittihamı ilə həbs edilmiş) Anar Ağalarovun həmin cinayəti törətməsinə əsaslı şübhələr yaranıb. İlkin dindirmə zamanı A.Ağalarov hadisəni xalası oğlu mərhum Teymur Məmmədovla birlikdə törətdiyini etiraf edib.

İş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 1947 dəfə oxunub.



04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +