Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


08.05.2025  14:50 

Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan





A+  A-

Bizim siyasi biabırçılığımız ondan ibarətdir ki, biz hakimiyyətə gələndən sonra eyni məntiq çərçivəsində yaşayıb, fikirləşib, Dağlıq Qarabağ məsələsində 30 il mövcud olan məntiqə inanmışıq.

XəzərNews.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 8-də jurnalistlərlə söhbətində deyib.

“Məntiq ondan ibarət idi ki, “rusları çağıra bilərsən, onlar müharibəni dayandıracaqlar”. Bu, bizim ayıbımızdır. Düşündük ki, bu sistem işləsəydi, ona toxunmamaq daha yaxşıdır. Amma onlar müharibəni cibimizə atdılar və getdilər. Bəli, müharibənin, illüziyanın, yalanın cibimizə atılmasına icazə verib getməyimiz ayıbdır", - Simonyan qeyd edib.

O əlavə edib ki, 2020-ci ilin yanvarında üçüncü prezident Serj Sarkisyan korrupsiya ittihamı ilə mühakimə olunan zaman meqafon götürərək Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacağını bəyan edib:

"Mənə maraqlı idi ki, o, nə danışır. Hamı bunu çox yaxşı bilirdi, 2016-cı ilin aprel müharibəsi zamanı da bilirdilər. Bizim siyasi biabırçılığımız odur ki, biz hakimiyyətə ilk gələndə Ermənistana və erməni xalqına bu cür düşmənçiliklə yanaşa biləcəyimizi təsəvvür etmirdik", - deyə Alen Simonyan vurğulayıb.

Xəbər 1613 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +