Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək
Pirəkəşküldə partlayış olacaq - Rəsmi
Sektor silkələnir, İKTA susur - Ekspert
Fondun xərclərinin artması nə ilə bağlıdır?
DİM imtahan iştirakçılarına müraciət edib
Vladimir Putin əmindir ki... - Bloomberg
Qazi maşını “protiv” sürürmüş - Qəza/Ölüm
Sökülən evlərlə bağlı... - Hökumətdən yeni qərar gəlir


12.06.2023  15:59 

Bulvar İdarəsi skuterlərlə bağlı açıqlama yaydı





A+  A-

Dənizkənarı Bulvar İdarəsinə daxil olan vətəndaş şikayətləri əsasında Milli Park ərazisində skuterlərin hərəkətinə 01.06.2023-cü il tarixindən məhdudiyyət qoyulmuşdur. Məhdudiyyət tətbiq olunduğu gündən skuter istifadəçilərinin yenidən Milli Park ərazisində bu nəqliyyat vasitəsinin istifadəsi məsələsinə baxılması ilə bağlı İdarəyə çoxsaylı müraciətləri daxil olmuşdur. Hər iki tərəfin asudə vaxtını Bulvar ərazisində rahat, səmərəli keçirməsini təmin etmək məqsədi ilə skuterlərin hərəkəti üçün yeni konsepsiya hazırlanıb.

Bu barədə açıqlamanı XəzərNews.az-a Dənizkənarı Bulvar İdarəsindən veriblər.

Yeni qaydalara əsasən Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddi maksimal olaraq 17 km/saat olması qərara alınıb, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq.

Bu nəqliyyat vasitəsini sürən şəxslərdən qaydalara riayət etməsi, onu icarəyə verən operatorlardan proqram təminatlarında məhdudiyyətlərlə bağlı bu yenilikləri skuterlərə tətbiq etmələri, proqram təminatı olmayan operatorlardan isə proqram təminatını yaradıb, qaydalara əməl etmələri xahiş olunur. Əks təqdirdə müvafiq tədbirlər görüləcək.

Dənizkənarı Bulvar İdarəsi bundan sonra da vətəndaşların Milli Park ərazisində rahat, təhlükəsiz istirahət etməsi üçün səlahiyyətləri çərçivəsində bütün lazımi tədbirləri yerinə yetirəcək.




Xəbər 1111 dəfə oxunub.




19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +