Lavrov Ermənistana səfər edəcək
Pirəkəşküldə partlayış olacaq - Rəsmi
Sektor silkələnir, İKTA susur - Ekspert
Fondun xərclərinin artması nə ilə bağlıdır?
DİM imtahan iştirakçılarına müraciət edib
Vladimir Putin əmindir ki... - Bloomberg
Qazi maşını “protiv” sürürmüş - Qəza/Ölüm
Sökülən evlərlə bağlı... - Hökumətdən yeni qərar gəlir
Bakıda sərnişin avtobusun şüşəsini sındırıb
Bakıda leysan xəbərdarlığı - Proqnoz


03.02.2021  21:38 

Milli Məclisdən deputatların maaşı ilə bağlı açıqlama





A+  A-

Milli Məclis sosial şəbəkələrdə “Milli Məclisin deputatlarının yeni əməkhaqqı cədvəli” başlığı altında yayımlanan iddialara münasibət bildirib.
MM-nin Mətbuat Xidmətindən XəzərNews.az-a bildirilib ki, yayılanlar həqiqəti əks etdirmir.

Qeyd edilib ki, bir müddət əvvəl Milli Məclisin deputatlarının aylıq vəzifə maaşları haqqında parlament Aparatının müvafiq şöbəsi tərəfindən ictimaiyyətə rəsmi məlumat verilməsinə baxmayaraq, bəzi qərəzli dairələr tərəfindən bu cür yalan iddiaların irəli sürülməsində məqsəd ictimai rəyi çaşdırmaq, Milli Məclisin nüfuzuna xələl gətirməkdir:

“Bir daha qeyd edirik, “Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat), Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.

Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar”.

Xəbər 2086 dəfə oxunub.




19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib


BÜTÜN XƏBƏRLƏR +