“Şəki” restoranına milyonluq kompensasiya
Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


19.11.2017  13:28 

Cocuq Mərcanlıya çəkiləcək kanal ərazisi minalardan təmizlənir





A+  A-

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə gündəlik operativ məlumat yayıb.
ANAMA-dan XəzərNews.az-a daxil olan məlumatda bildirilir ki, noyabrın 18-də Cocuq Mərcanlı kəndində gün ərzində 8 500 kv.m (0.85 ha) ərazi tam təmizlənib, 7 500 kv.m (0.75 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

İki gün ərzində 2 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) aşkar edilib, 21 000 kv.m (2.10 ha) ərazi tam təmizlənib, 13 500 kv.m (1.35 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Xəbər 1203 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +