“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


14.03.2024  17:38 

Göyçay Kollecinə yeni direktor təyin olunub





A+  A-

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə yeni direktor təyin olunub.

Xəzərnews.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlik direktorunun müvafiq əmri ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tarix müəllimi Samir Dadaşov Kollecin direktoru vəzifəsinə təyin edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni direktorla görüş keçirilib və görüşdə Kollecdə baş verən neqativ hallar, mövcud olan nöqsanlar barədə onunla müzakirələr aparılıb. Tədrisin şəffaf, obyektiv və keyfiyyət prinsipləri əsasında təşkili kimi məsələlər Kollec rəhbərinin qarşısına ciddi tələb olaraq qoyulub.

Qeyd edək ki, Samir Dadaşov 2001-ci ildə Bakı Dövlət Universitetinin "Tarix" ixtisası üzrə bakalavriat səviyyəsini, 2003-cü ildə isə eyni ixtisas üzrə həmin universitetin magistratura səviyyəsini fərqlənmə ilə bitirib. Həmin vaxtdan S.Dadaşov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllim vəzifəsində çalışmağa başlayıb.//yenisabah

Xəbər 1126 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +