13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


16.11.2023  14:31 

Türkiyəyə gələn turist sayı 45,2 milyon nəfər olub





A+  A-

Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy cari ilin yanvar-sentyabr aylarında Türkiyəyə gələn turist sayının 45,2 milyon nəfər olduğunu açıqlayıb.

Xəzərnews.az xəbər verir ki, nazir Ersoy Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komissiyasında nazirliyinin 2024-cü il büdcəsinin təqdimatında Türkiyənin bütün dünya tərəfindən qəbul edilən bir turizm ölkəsi olduğunu, turizmdə uğurun ilk addımının da təşviqat yolu ilə mümkün olduğunu deyib.

Keçən il Türkiyəni 51,4 milyon insanın ziyarət etdiyini xatırladan Ersoy deyib:

“2023-cü ilin yanvar-sentyabr aylarında ölkəmizə gələnlərin sayı 45,2 milyon nəfər olub. Turist sayında olduğu kimi, turizm gəlirləri də artmaqdadır. Adambaşına düşən gecəlik gəlir 2022-ci ildə 89 dollara, 2023-cü ilin ilk 9 ayında 100 dollara yüksəlib.

Bu, 2017-ci illə müqayisədə 55 faiz artım deməkdir. Turizm gəlirimiz ilk 9 ayda 42 milyard dollar oldu və bu, Orta Müddətli Plan hədəfi olan 55,6 milyard dollar ilə də uyğundur” .

Xəbər 1158 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +