13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


15.02.2022  11:14 

Ramiz Mehdiyevin səlahiyyətləri kimə verildi?





A+  A-

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. İclasda AMEA prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verdiyini açıqlayıb. O, yaşla əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib.

AMEA prezidentinin istefasından sonra onun səlahiyyətlərinin kimə həvalə olunacağı maraq doğurur. Bununla əlaqədar AMEA Rəyasət Heyətinin yenidən iclas çağıracağı gözlənilir.

XəzərNews.az xəbər verir ki, AMEA-nın Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva Modern.az-a açıqlamasında bu gün hər hansı toplantının keçirilməyəcəyini deyib.

"Hazırda AMEA-da iclas gözlənilmir. Dünən amademik Ramiz Mehdiyev istefa vermək niyyətinin olduğunu bəyan etdi. Onun vəzifəsini başqa heç kim icra etmir. Ramiz Mehdiyev istefa ərizəsini Prezidentə təqdim edəcək. Əgər istefa təsdiq olunarsa, vəzifəni kimin icra edəcəyi aydınlaşdırılacaq. Müraciətin nə zaman olunacağını dəqiq bilmirik", - deyə A.Balayeva vurğulayıb.

Xəbər 1693 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +