Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


08.08.2023  15:57 

Valideynlər məcbur edilir?





A+  A-

Bakıda valideynlər məktəbli formalarını məşhur “Panda Kids” mağazalar şəbəkəsindən almağa məcbur edilir.

XəzərNews.az xəbər verir ki, bu barədə Bakupost.az –a şikayətçi valideynlərdən biri məlumat verib.

Qiymətlər və geyimlərin keyfiyyəti ilə maraqlanan valideyn deyir ki, məktəbli formalarını "Sədərək" Ticarət Mərkəzindən daha uyğun qiymətə almaq mümkündür. Üstəlik, orada formalar Bakı Tikiş Evinin (BTE) təklif etdiyindən qat-qat keyfiyyətlidir:

“BTE tənzif kimi köynəyi 15 manata verir, "Sədərək"də isə həmin köynək 8-10 manatadır. BTE-nin 25 manata təklif etdiyi ətək və şalvarı isə "Sədərək"də ölçüsünə görə 10-15 manata almaq olar. BTE məktəbli jaketini 30 manata satır. "Sədərək"də isə jaketlər ölçüsündən asılı olaraq 12-18 manatadır".

Valideyn "Sədərək"dəki məktəbli formalarının parçası və tikişinin də daha keyfiyyli olduğunu vurğulayıb:
"Sex malıdır deyə onları xor görürlər. Keçən il BTE-yə loqolu köynək sifariş etmişdik, 1 dəfə suya düşən kimi parça-parça oldu.

Amma "Sədərək"dən aldığım formanı 2 ildir uşaqlarım geyinir, hələ də aldığım kimidir. Formanı dəyişməsələr hələ geyinəcəkdilər. Bu il isə məktəb direktorlarına tapşırıq verilib ki, valideynlər formaları “Panda Kids”dən alsınlar. Bizləri o mağazaya yönəldirlər. Bilmirəm, nə səbəbə? Görünür, yenə hansısa məmurun işidir. Bizə çatan məlumata görə bu göstəriş bir başa Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyevadan gəlib”.

İttiihamlarla bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlasaq da, cavabsız qaldı.



Xəbər 1287 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +