Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb


30.05.2023  18:14 

“Evlənməklə kişilik olmur” - Psixoloq





A+  A-

“Subay bəylərin və xanımların günümüzün aktual mövzularından olan sualları: niyə evlənməyə yaxşı qız tapa bilmirik, yaxud evlənmək üçün normal kişi yoxdur... Əsrlərlə hər kəsi maraqlandıran bir sual var idi: axı qadınlar nə istəyirlər? Bu gün bu sual bəylərə də aiddir. Xanımlar və bəylər, siz nə istəyirsiniz? Əslində, bunun qısa cavabı var: siz hər şeyi birdən-birə bir arada görmək istəyirsiniz. Yəni eqonuzu o qədər mərkəzə gətirmisiniz və unutmusunuz ki, övladlar əslində şüuraltı olaraq öz valideynlərinə bənzər obraz seçirlər - ya yaxşı mənada, ya da pis mənada...”

XəzərNews.az Pravda-ya istinadla xəbər verir ki, bu sözləri psixoloq Samirə Bağırova deyib.

O bildirib ki, 3 yaşdan 5 yaşadək qız uşaqları ilk dəfə atalarına aşiq olurlar: “Eləcə də oğlan uşaqları. Yaxud uşaqlar valideynləri haqqında danışılanlara aşiq olurlar - natamam ailədə böyüyüblərsə, ata-ana yoxdursa...

Belə deyim var ki, hər bir qız uşağının həyat hekayəsini atası yazır. Başqa bir deyim də var: hər bir qadın Allahın kişiyə verdiyi ya payıdır, ya da imtahanı. Əks tərəfi gördükdə, pis mənada da olsa, şüuraltındakı ya ana, ya ata tərəfdən travmamız gözümüzün qarşısında canlanır və bizi maqnit kimi özünə çəkir.

Nə vaxt ki xanımlar həqiqətən ailə qurmaq, ana olmaq, bişirib-düşürmək, bir ocaq, ailə yaratmaq, həyat yoldaşına qadın olmaq istəyəcəklər, özlərini kimləsə müqayisə etməkdən, qlamur görünməkdən, poz verməkdən, göstəriş etməkdən çəkinəcəklər, əsl kişilər o vaxt peyda olacaqlar.

Evlənməklə kişilik olmur. Bir kişi həyat yoldaşına ev işlərində kömək edirsə, uşaq xəstələnəndə qadına yardım edirsə, onun tərbiyəsində iştirak edirsə, bezini dəyişirsə, kişilik o vaxt olur. Hər şeydə qadının yanındadırsa, deməli, bu kişi həm ərlik, həm də atalıq vəzifəsini yerinə yetirmiş olur. Ailə bax, budur. Bu səbədən nə istədiyini dəqiq bilməlisən”.

Xəbər 1320 dəfə oxunub.



25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +