6 abituriyent və 1 nəzarətçi... - İmtahandan qovuldu
Dişin ağrıyır, deyir ki, get qan analizi ver - Aparıcı
Azərbaycan Antalyadan belə geri qalır - Ekspert
Şairə Nigar Həsənzadənin poeziya axşamı keçirilib
Mülk sahibinin xəbəri olmadan sökülüb
Rüfət Səfərovun həbs müddəti uzadıldı
“Georgi lenti“li Saleh Səmədov həbs edilib
Sabah 31-36° isti olacaq
Qardaş bacısının boğazını kəsdi
Son 24 saat: Ruslar 1250 əsgər itirib


17.06.2021  17:11 

“Türkiyənin “S-400”lərlə bağlı mövqeyi dəyişməyəcək”





A+  A-

“ABŞ Prezidenti Co Baydenlə görüşdə Türkiyənin “F-35” və “S-400” məsələləri ilə bağlı mövqeyinin dəyişməyəcəyini bildirdim”.
XəzərNews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Türkiyə olaraq həm “F-35”, həm də “S-400” məsələsində fərqli bir addım atmağımızı gözləməyin. Çünki biz “F-35” məsələsində üzərimizə düşəni etdik və maddi olaraq verməli olduğumuzu verdik. “S-400” ilə əlaqəli olaraq isə biz sizdən “Patriot” istədik, siz vermədiniz. Tam əksinə, bazalarımızda mövcud olanları da götürdünüz. Beləliklə, biz nə etməli idik? Öz başımızın çarəsinə baxmalı idik. Biz bütün haqlarımızın arxasınca gedəcəyik.

Müdafiə sənayesi ilə bağlı bütün məsələləri və birgə ata biləcəyimiz addımları müzakirə etməyə davam edəcəyik. Növbəti müddətdə xarici işlər nazirimiz, milli müdafiə nazirimiz və müdafiə sənayesi nazirimiz həmsöhbətləri ilə görüşərək bu prosesi davam etdirəcəklər”,- deyə Türkiyə Prezidenti qeyd edib.

Xəbər 1389 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?

31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +