Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb


05.08.2020  17:43 

“Nə tez məni xalq düşməni etdiniz?” - Elnarə





A+  A-

“Səhər açılandan bütün həkim dostlarım və həkim qohumlarım mənə yazır ki, həkimləri niyə təhqir etmisən?! Əvvəlcə heç nə anlamadım və məsələnin instagram səhifəmlə bağlı olduğunu öyrəndim. Təbii ki, səhifəmi işlədən şirkətlə əlaqə saxladım və bu neqativ halın necə baş verməsi ilə maraqlandım. Və məlum oldu ki, gecə ilə mənim instagram səhifəm hack olunub”.
XəzərNews.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova öz feysbuk səhifəsində yazıb. Sənətçinin sözlərinə görə, gecə ərzində onun adından tək həkimlərə yox, hər kəsə neqativ şərhlər yazıblar.

“Mən də bunun qərəzli şəkildə mənə qarşı yönəldilən bir qara PR olduğunu anlayandan sonra məcbur olub paylaşımı sildim və açıqlama yazdım. İndi isə bir daha hamınızın bilməyini istəyirəm. Günlərdir yaxşı həkimlərimizin sitat və səhifələrini paylaşıram, onların ünvanına gözəl sözlər yazıram, təşəkkür edirəm, bəs niyə bunları “manşet” etmirdiniz? Bir ağıldankəmin yazdığı neqativ şərhləri nə tez başlığa çevirdiniz? Heç mən olmadığımdan şübhə etmədinizmi? Nə tez məni xalq düşməni etdiniz?

Və şükür ki, səhifəni artıq bərpa etdik”, - deyə E. Xəlilova bildirib.

Qeyd edək ki, Elnarə Xəlilova ötən gün sosial şəbəkə hesabında həkimləri tənqid edib, həmçinin koronavirusla mübarizəyə qoşulmuş tibb işçilərinin ünvanına bir sıra ittihamlar səsləndirib.



Xəbər 2447 dəfə oxunub.




25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +