Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


24.09.2019  15:02 

Paşinyanın oğlu əsgərlikdə döyülüb





A+  A-

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçən Baş Nazir Nikol Paşinyanın oğlu Aşotun Ermənistan Müdafiə naziri David Tonoyan tərəfindən təcili olaraq Yerevana “evakuasiya” edilməsinin səbəbi məlum olub.
XəzərNews.az xəbər verir ki, “Qraparak” qəzeti tez-tez Yerevan küçələrində mühafizəçilərin müşayiəti altında qızlarla gecə klublarına yollanan hökumət rəhbərinin oğlunun “hərbi xidmət”də zabitlərə və xidmət yoldaşlarına irad tutaraq onlar barəsində komandanlığa “donos” ötürdüyü, bu hadisə ortaya çıxdıqdan sonra həmin şəxslər tərəfindən döyüldüyünə dair məlumat yayıb.

“Bir sözlə, o, yazılmamış qaydaları pozduğundan xidmət yoldaşlarının qəzəbinə səbəb olub. Zori Balayanın nəvəsi də daxil olmaqla digərləri Aşot Paşinyanı döyüb”, -deyə məlumatda qeyd olunub.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumatı təkzib edib: ““Qraparak” növbəti dəfə hər şeyi baş-ayaq təqdim edərək insanların taleyi ilə oynayır. Qardaşlarınızdan və köhnə dostlarınızdan soruşsanız, bu cür söhbətlərin bütün kollektivlər və qurumlar üçün xarakterik olduğunu təsdiqləyəcəklər. Belə ki, əsgərliyə təzə başlayanların hamısının uyğunlaşma problemləri olur ki, bu da komandanlığın səriştəli işi sayəsində yoluna qoyulur. "Qraparak" bütün bunları kobud səhvlərlə təqdim edib”.

Xəbər 1641 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +